Daha bir aktyor vəfat etdi
"Sınıq fənərlər küçəsi" serialının aktyoru Andrey Babenko vəfat edib.
meqale.com axar.az-a istinadən bildirir ki, ekran işində rol alan aktyor 47 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Andrey "İstintaqın sirləri", "Dəniz şeytanları", "Hüquq müharibəsi" və "Yüksək mərclər" kimi məşhur seriallarda çəkilib.