Daha bir rus şirkətinin təyyarəsi məcburi eniş etdi

Tümendən Krasnoselkupska uçan "Utair" aviaşirkətinin təyyarəsi, ekipajın nasazlıq barədə məlumat verməsindən sonra dekabrın 30-da səhər saatlarında Yamalo-Nenets Muxtar Dairəsində tək pərlə məcburi eniş edib.

meqale.com oxuya istinadən xəbər verir ki, təyyarənin görüntülərini "Moy Krasnoselkupsk" "Telegram" kanalı paylaşıb.

Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hazırda təyyarə uçuşlardan kənarlaşdırılıb. Tümenə əks-reys üçün ehtiyat təyyarə gözlənilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Cənubi Saxalinsk-Novosibirsk sərnişin təyyarəsi sərnişinlərdən birinin ölümü səbəbindən İrkutsk vilayətinin Bratsk şəhərinin hava limanına məcburi eniş edib.