“Maşın bazarı”nın ətrafında süni tıxac: alverçilər yolu zəbt edib - VİDEO
Bakının Yasamal rayonunda, "Maşın bazarı"nın ətrafındakı küçə alverçilər tərəfindən zəbt edilib.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a bir qrup sakin məlumat verib.
Bildirilib ki, bəzi alverçilər tərəfindən satışa çıxarılan avtomobillərin yolun kənarında qanunsuz olaraq park edilməsi səbəbindən bazarın ətrafındakı küçəda uzun tıxac yaranıb.
Qeyd edilib ki, hər həftənin bazar günü tıxac Müstəqillik küçəsi ilə İpək yolunun kəsişməsinə qədər olan hissədə geniş müşahidə olunur.
Bu isə hər dəfə sürücülərin narazılığına səbəb olur.