Daha bir şəhid atası vəfat etdi - FOTO
Vətən müharibəsi şəhidi İlkin Ağakişiyevin atası vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəlikdən əziyyət çəkən şəhid atası Elxan Ağakişiyev ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İlkin Ağakişiyev evin tək oğul övladı olub. O, 8 oktyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində şəhid olub və nəşi bir müddət sonra tapılaraq 27.11.2020-ci ildə Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında izdihamla dəfn olunub.