Daha bir xəstəxanaya yeni direktor təyin olundu

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Daha bir xəstəxanaya yeni direktor təyin olundu
Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) meqale.com-a verilən məlumata görə,TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu kollektivə təqdim edib.

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.