Daha iki cüdoçumuz AÇ-də bürünc medal qazandı
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
meqale.com-ın məlumatına görə, Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib.
Zelim Tçkayev (81 kq) isə üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib.
Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.