“Daha müdrik oynamağa başlamışıq” – Berdıyev

Azərbaycan Premyer Liqasının X turunun "Sumqayıt" - "Turan Tovuz" oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

meqale.com Futbolpress.az-a istinadla xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşdü...

- İki fərqli hissə izlədik. "Zirə" ilə birinci hissədə pis oynamışdıqsa, bu dəfə əksi oldu. İkinci hissədə əvəzetmələrdən sonra yaxşı oynamadıq. Səbəbi axtaracağıq.

- Müdafiədə səhvlər olurdu. Komandanın müdafiə baxımından zəiflədiyini düşünürsünüz? - Yalnız müdafiə xəttini demk olmaz. Müdafiə komanda şəklində olur. Burda problemlər var.

- Birdən-birə 4 əvəzetmə bununla bağlı idi? - Rəqib boşluqlar tapırdı. Ona görə əvəzetmələr etdik. Təəssüf ki, pis alındı. "Zirə" ilə matçda məhz bu oyunçular faydalı olmuşdu.

- "Sumqayıt" yeni baş məşqçi ilə oyuna çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi? - "Sumqayıt" haqda danışmayacam.