“Dailysabah” Azərbaycandakı prezident seçkilərini şərh etdi
Türkiyənin nüfuzlu "Dailysabah" nəşri Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən yazıb.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə bildirilir ki, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycan üçün çox vacibdir. Seçkinin təyin olunmasının əsas səbəblərindən biri də məhz bu məqamdır.
Məqalədə Azərbaycanın beynəlxalq siyasi arenadakı mövqeyi və əldə etdiyi nailiyyətlər barədə şərhə də yer verilib.