Daşkəsəndə leysan yağışlar fəsadlar törədib
Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar yaranıb.
meqale.com report-a istinadən xəbər verir ki, Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar Daşkəsən şəhərində yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.
Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Evin sakinləri müvəqqəti olaraq oradan köçürülüb.
Dəymiş ziyanların aidiyyəti yerli qurumlarla tərəfindən aradan qaldırılması işləri davam etdirilir.