Dəbdən düşmüş geyimlər açıqlandı

Stilistlər artıq dəbdən düşmüş bir neçə geyim növünün adını açıqlayıblar.

Dəbdən düşmüş geyimlər açıqlandı
Stilistlər artıq dəbdən düşmüş bir neçə geyim növünün adını açıqlayıblar.

meqale.com lente istinadən bildirir ki, siyahıya elastik beli olan cins şalvarlar, parlaq rəngli və lüks brendlərin loqoları olan əşyalar daxildir. Əvvəllər belə brend loqolu geyimlər çox sevilsə də, artıq istifadə edilməyən geyimlər sırasındadır. Bildirilir ki, bu daha çox tanınmış markaların saxta formalarının çıxarılması ilə əlaqəlidir.

Bundan əlavə, bu siyahıya geniş çiyinli və məxmər idman kostyumları olan paltarlar da aiddir. Həmçinin, neon rəngli və dəyirmi çərçivəli gün eynəkləri də artıq trend olmayan aksessuarlar arasındadır.