"Dedilər ki, morqdadır": İstirahətə gedən gəncin telefonuna zəng gəldi, daha sonra ölüm xəbəri - Yenilənib
20:09 Balakəndə bədbəxt hadisə baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, rayonun Talalar kənd sakini, 19 yaşlı Ülfət Əliyev Katex çayının Zaqatala rayonu Uzuntala kəndinin ərazisindən keçən hissəsində çayda çimərkən boğularaq ölüb.
Babasının sözlərinə görə, bir gün əvvəl kəndə istirahətə gələn mərhuma dostları zəng edib, Katex çayına üzməyə çağırıblar:
"İki nəfər gəlib dedi ki, Ülfət çiməndə boğulub ölüb, morqdadır. Nəvəm suya girən kimi dərin yerə batıb. Çıxarmaq mümkün olmayıb".
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
-------- 12:12 Zaqatalada 19 yaşlı gənc faciəvi şəkildə ölüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 18-də 2005-ci il təvəllüdlü Balakən rayonunun Talalar kənd sakini Əliyev Ülfət Elşad oğlu Zaqatala rayonunun Uzun Tala kəndində çayda çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.