Dəhşətli qəza: 4 nəfər öldü, 15 nəfər yaralandı

Hondurasın qərbində Santa Rosa de Kopan bələdiyyəsi yaxınlığında avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Dəhşətli qəza: 4 nəfər öldü, 15 nəfər yaralandı
Hondurasın qərbində Santa Rosa de Kopan bələdiyyəsi yaxınlığında avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ölkənin xilasetmə xidmətinin yaydığı məlumatda deyilir.

Bu səhər Qvatemala sərhədinə gedən avtobusun Santa Rosa de Kopan yaxınlığında aşması nəticəsində azı 4 miqrant ölüb, 15 nəfər yaralanıb. Departamentin açıqlamasında bildirilir ki, ölən miqrantlardan dördü Venesuela vətəndaşıdır.