Dəmirçi-Lahıc avtomobil yolu çökdü
Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verib. Yolun əsas hərəkət zolağı sürüşməyə məruz qalıb, iri yarğanlar yaranıb, asfalt qatı isə tamamilə sıradan çıxıb.
"Bütün yollar pis gündədir, hər yerdə uçurum yaranıb. Sürüşmə hər gün daha da artır, hərəkət etmək mümkünsüzdür", - sürücülərdən biri deyib.