Deputatlığa namizəd Sevil Mikayılova seçiciləri ilə görüşüb - FOTO

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova Palıdlı kəndində seçkiqabağı təşviqat çərçivəsində seçiciləri ilə görüşüb. 

meqale.com bildirir ki, seçicilərin fəal iştirakı ilə keçirilən görüşdə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən danışılıb.

Şəhidlərin qanı, canı bahasına əldə edilmiş Qələbənin tarixi əhəmiyyəti barədə danışan namizəd gənc nəslin tərbiyəsində bu tarixi hadisənin xüsusi önəm daşıdığını vurğulayıb.

Görüş zamanı həmçinin, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara da toxunulub, seçiciləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Seçicilər seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.