Dəqiq zərbə: düz sülhməramlı postun yanına…- VİDEO - FOTO
Azərbaycan Ordusu Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı erməni ordusunun qalıqlarının ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların postu yaxınlığındakı silah anbarını vurub.
meqale.com axar.az-a istinadən bildirir ki, bununla bağlı Teleqram kanallarında görüntü və xəritə paylaşılıb.
Ordumuzun dəqiq zərbəsi zamanı ətraf əraziyə, o cümlədən rus sülhməramlıların postuna zərər dəyməyib.
Qeyd edək ki, bu fakt sülhməramlıların erməni terrorçuların fəaliyyətinə yaratdığı şəraitin daha bir nümunəsidir.