Dərəyə düşmüş avtomobildəki qadınlar belə xilas edildi - VİDEO - YENİLƏNDİ
Xızıda yağan qısamüddətli leysan yağışı nəticəsində bağlanan Giləzi-Xızı yolu açılıb.
meqale.com APA-ya istinadən bildirir ki, yolda avtomobillərin hərəkəti bərpa olunub və köməksiz vəziyyətdə qalan şəxslərə müvafiq yardım göstərilib.
--------
21:45
Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.
Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.