Dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqləndi
Azərbaycanda dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib.
meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Səhiyyə Nazirliyi dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin edəcək.
Sistemdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi dərman vasitələrinin təqib və izlənilməsi sahəsində effektiv tədbirlərin görülməsidir.