Dermatoloq dəridə qırmızı nöqtələrin yaranma səbəblərini açıqladı

Həyat boyu bir insanın dərisində angiomalar, kiçik qırmızı xallar görünə bilər. Onlar əsasən intoksikasiya, günəş yanığı və müəyyən xəstəliklər səbəbindən yaranır.

Dermatoloq dəridə qırmızı nöqtələrin yaranma səbəblərini açıqladı

Bu barədə dermatoloq, mikoloq, trixoloq, bədən korreksiyası üzrə mütəxəssisi Mariya Vasilyeva Lenta.ru-ya müsahibəsində danışıb. Onun sözlərinə görə, bu cür formasiyalar daha çox bədənin yuxarı yarısında yerləşən və insana yalnız estetik narahatlıq gətirən genişlənmiş qan damarlarının dəstələridir.

"Angiyomanın meydana gəlməsinin səbəbi həm intoksikasiya, günəş yanığı, həm orqanizmdə hormonal dəyişikliklər, həm də ürək-damar sistemi xəstəlikləri, qaraciyər və öd kisəsi xəstəlikləri ola bilər. Lakin formasiyaların ortaya çıxamasında əsas rolu genetik meyllilik oynayır", - həkim bildirib

O, vurğulayıb ki, qırmızı xalların özləri təhlükəli deyil, lakin angiyomanın meydana çıxmasına səbəb olan amillərə diqqət yetirilməlidir. Dəridə belə dəyişikliklər qəfildən görünsə, terapevtə göstərmək lazımdır. Xallar isə ekspertin sözlərinə görə, kosmetoloqun ofisində ağrısız şəkildə çıxarıla bilər.