Devid Bekhemin milyonluq saat kolleksiyası ÜZƏ ÇIXDI - FOTOlar
Gözəl yaşamaq heç kimə qadağan deyil - məşhur futbolçu Devid Bekhemin dəbdəbəli zövqü bunu bir daha sübut edib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Bekhemin geniş saat kolleksiyasının bir hissəsi internetdə yayılıb.
"Mançester Yunayted" və İngiltərə yığmasının sabiq ulduzu, hazırda "İnter Mayami" klubunun sahibi olan Devid əsasən lüks İsveçrə brendi "Rolex"-ə üstünlük verir.
Məlumata görə, onun kolleksiyasındakı ən bahalı saatın qiyməti 1 milyon dollardan artıqdır.