“Qəbələ” Türkiyə toplanışına qələbə ilə başladı

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

“Qəbələ” Türkiyə toplanışına qələbə ilə başladı
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" klubu ilk yoxlama oyununu keçirib.

meqale.com xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi "Sukleya" ilə üz-üzə gəlib.

"Termal otel"in məşq bazasında baş tutan qarşılaşma "qırmızı-qaralar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" qardaş ölkədə daha iki görüş keçirəcək.