“Deyəsən saqqalı saxta idi, ərimi gözümün qabağında güllələdi”
Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında 40 nəfərin ölümü, onlarla şəxsin yaralanması ilə nəticələnmiş terror aktının şahidləriaçıqlamalar veriməyə başlayıb.
meqale.com savash.org-a istinadla xəbər verir ki, əri gözünün qarşısında güllələnmiş qadın terrorçuları ən yaxından görənlərdən biridir.
Təşviş içində olan qadın bunları deyib: "Mən və ərim birinci cərgədə əyləşmişdik. Silahlı şəxs anidən 10 metrliyimizdə peyda oldu. Kamuflyajda idi. Mənə elə gəldi ki, saqqalı saxtadır. O , avtomatdan atəş açmağa başladı. Gözümün qabağında ərimi güllələdi. Kömək etməyə vaxtım yox idi. Hamı qaçırdı və axın məni özü ilə apardı. Hələ də ümid edirəm ki, ərim sağdır".