“Deyirdi ki, guya qızım pis yola düşüb, həyatımı söndürdü” - Mətanətin atası - VİDEO
"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib.
"Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü".