Diabet dərmanları ilə bağlı rəsmi açıqlama

"Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı ümumi çatışmazlıq mövcud deyil. 

Diabet dərmanları ilə bağlı rəsmi açıqlama
"Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı ümumi çatışmazlıq mövcud deyil. 

meqale.com xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Bildirib ki, dərman təminatı Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun olaraq İnnovasiya və Təchizat Mərkəzi tərəfindən tibb müəssisələrinə reqlament əsasında həyata keçirilir. 

"Bəzi hallarda satınalma prosesləri ilə bağlı qısa müddətli gecikmələr ola bilər. Bu gecikmələr əsasən ayın əvvəlində müşahidə olunur, sonrakı dövrlərdə isə təminat stabil şəkildə davam etdirilir".

Nəzərə çatdırıb ki, poliklinikalarda növbələrin yaranmasının əsas səbəblərindən biri vətəndaşların dərman təminatına tam əmin olmaması və dərmanları ayın ilk günlərində almağa çalışmalarıdır:

"Halbuki dərmanlar ayın 1-dən 15-dək mərhələli şəkildə paylanır və konkret tarixlər üzrə verilir. Bu prosesin düzgün tənzimlənməsi üçün poliklinika rəhbərliyi və tibb işçiləri tərəfindən vətəndaşlarla əvvəlcədən razılaşdırma aparılmalıdır".