9-cu sinif şagirdi ağır xəsarət aldı

Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

9-cu sinif şagirdi ağır xəsarət aldı
Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

meqale.com xəbər ver verir ki, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.

Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.

Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.