Diabetin müalicəsində inqilabi yenilik

İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.

Diabetin müalicəsində inqilabi yenilik
İsveç alimləri 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım atıblar.

meqale.com oxuya istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq bu xəstəliyə yoluxmuş şəxsə immunosupressiv preparatların istifadəsini tələb etməyən genetik modifikasiya olunmuş hüceyrələr köçürülüb. Bu kəşf yeni, təhlükəsiz və effektiv müalicə metodunun işlənib hazırlanması üçün əsas ola bilər.

Eksperimentdə iştirak edən xəstə immuniteti zəiflədən preparatlar qəbul etmədən bazuönü (dirsəklə bilək arasındakı hissə) əzələlərinə yerləşdirilən hüceyrələr əldə edib. Bir aydan sonra hüceyrələr fəaliyyət göstərərək insulin istehsal edib ki, bu da onların qəbul olunduğunu göstərir.