Dima Bilan 20 yaş cavanlaşdı - tanıya bilmədilər - FOTOlar
Müğənni Dima Bilan yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
meqale.com xəbər verir ki, ifaçı saqqalsız və bığsız fotosunu "Instagram"da paylaşıb.
43 yaşlı Dima Bilanı uzun müddət sonra bu halda görən pərəstişkarları onun yeni imicini çox bəyəniblər.
Yazılan şərhlərdə müğənninin nə qədər yaraşıqlı olduğuna və ən az 20 il gəncləşdiyinə diqqət çəkilib./publika.az