Dimitar İliyev Bakıda Milli Gimnastika Arenasını ziyarət edib
Bolqarıstanın gənclər və idman naziri Dimitar İliyev Azərbaycana səfəri çərçivəsində Bakıda yerləşən bir sıra idman obyektlərinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Dimitar İliyev həmçinin, Milli Gimnastika Arenasını ziyarət edib.
Bolqarıstanlı nazir Milli Gimnastika Arenasının infrastruktur imkanları, burada həyata keçirilən layihələr barədə məlumatlandırılıb.