DİN-dən kriptovalyuta almaq istəyənlərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyi saxta kriptovalyuta tələsi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
meqale.com-ın xəbərinə görə, qurumdan bildirilib ki, saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır.
"Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.
Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar "onlayn valyutadəyişmə məntəqələri" yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar.