Mehriban Əliyeva Qənirə Paşayevanın dəfni ilə bağlı məsələləri nəzarətə götürüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.
O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda olacaq.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.