Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırıldı
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddi artırılıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçilərinin say həddi 88-dən 98-ə qaldırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
meqale.com