Dj Tural: "Bu gün mənə dəyməyin, çox həssasam" - VİDEO - FOTO
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilib.
meqale.com xəbər verir ki, bir çox məşhurların övladlarının bu günlərini şahidi olublar. Onların sırasında radio aparıcısı, avtobloger DJ Tural (Yusifov) da olub.
O, sosial media hesabında övladlarının tədbirdən olan foto və videolarını paylaşaraq bunları yazıb:
"Oğlum 11-ci, qızım isə 1-ci sinifi bitirdi. Çox sevinirəm ki, oğluma arzularının ardıyca getməyə mane olmadım. Bu gün mənə dəyməyin, çox həssasam".
Hüseyn meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun