Dneprin sol sahilində rusların fəallığı müşahidə olunur

Dnepr çayının sol sahilində rusların fəallığında kəskin artım müşahidə olunur, ola bilsin ki, işğalçılar Ukraynanın desantından qorxurlar.

Dneprin sol sahilində rusların fəallığı müşahidə olunur
Dnepr çayının sol sahilində rusların fəallığında kəskin artım müşahidə olunur, ola bilsin ki, işğalçılar Ukraynanın desantından qorxurlar.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Tavriya" qoşunlarının əməliyyat qrupunun nümayəndəsi Dmitri Lixovi bildirib.

"Əvvəlki üç gün ərzində Dnepr istiqamətində düşmənin Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə 30 hücumu olub. Üstəlik, aktivlik təkcə Krinokinin şimalında yerləşən körpülərdən birində deyil, həm də Dnepr çayının sol sahilində hərbçilərimizin yerləşdiyi müxtəlif ərazilərdə baş verir", - D.Lixovi deyib.