Dneprin sol sahilində rusların qarşısı alındı

Ukrayna müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində rus işğalçıların hücumlarını uğurla dəf etməkdə davam edir.

Dneprin sol sahilində rusların qarşısı alındı
Ukrayna müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində rus işğalçıların hücumlarını uğurla dəf etməkdə davam edir.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.

"Gün ərzində 59 hərbi toqquşma baş verib", - məlumatda deyilib.

Xüsusilə, Kupyanski istiqamətində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Sinkovka ərazilərində və Petropavlovkanın şimal-şərqində düşmənin 8 hücumunu dəf ediblər. Ruslar Xarkov vilayətinin Sobolevka yaxınlığına hava zərbəsi endiriblər. 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub.