Doğma qızını girov götürdü - Türkiyəyə uçmaq istəyir
Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.
meqale.com report-a istinadən xəbər verir ki, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.
Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.
Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.