Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir - Laçın sakini

Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir.

Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir - Laçın sakini
Doğma torpaqlara qayıdış bizim üçün böyük sevincdir.

Bunu Trend-ə açıqlamasında Laçın şəhər sakini Quliyev Ədalət deyib.

Onun sözlərinə görə, bu qayıdışda həm sevinc hissi, həm də kədər hissi var.

"İlk növbədə Allahdan şəhidlərimizə rəhmət diləyirəm, torpaqlarımız onların qanı hesabına azad edilib. Allah dövlətimizi, hərbçilərimizi qorusun. Öz doğma torpaqlarımıza qayıtmaq bizim üçün böyük sevincdir", - deyə o qeyd edib.

Laçın sakini bildirib ki, "təbii ki, kədərimiz də var, biz o vaxt oradan çıxanda tələbə idik. Əzizlərimizi, yaxınlarımızı itirdik. Amma bununla belə, yurdumuza qayıdışı böyük coşqu ilə qarşılayırıq".