Doğum günündə şəhid olan Hikmətin qardaşı dünyaya gəldi - FOTO
Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, körpə bu günlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıb.
Qeyd edək ki, ailənin yeganə oğul övladı Hikmət Bağırov 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra çağrışla həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə kəşfiyyat qrupunda xidmət edib. Hikmət anadan olduğu gün Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.