Dönərxana atəşə tutuldu

Motosikletdə olan iki naməlum şəxs dönər restoranına atəş açıb.

Dönərxana atəşə tutuldu
Motosikletdə olan iki naməlum şəxs dönər restoranına atəş açıb.

meqale.com Medianews.az-a istinadən xəbər verir ki, hadisə İstanbulda yaşanıb.

İddiaya görə, nömrəsi bilinməyən motosikletlə gələn iki naməlum şəxs anidən Halitpaşa küçəsində yerləşən dönərçiyə silahla atəş açıb.

Nəticədə bir nəfər ölüb, digər bir şəxs isə yaralanıb.

Faktla bağlı polis tərəfindən araşdırmalara başlanılıb.