Dövlət qurumlarına məxsus "F30"lar satışa çıxarıldı
Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus avtomobillər satışa çıxarılır.
meqale.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, siyahıda 18 dövlət qurumuna aid 51 nəqliyyat vasitəsi yer alıb.
Məlumata görə, hərrac 30 yanvar 2025-ci il tarixində keçiriləcək.
Satışa çıxarılan nəqliyyat vasitələrinin start qiymətləri 6 000 manatdan 90 000 manatadək dəyişir.
Qeyd olunub ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlərlə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.
Hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı təqdim edirik: