Dövlət Qurumu elektrik enerjisinə qənaət edərək su nasoslarını qoşmur... - İDDİA - VİDEO

Kanalizasiya suları ərazidə böyük ekoloji fəlakətə çevrilib.

Dövlət Qurumu elektrik enerjisinə qənaət edərək su nasoslarını qoşmur... - İDDİA - VİDEO
Kanalizasiya suları ərazidə böyük ekoloji fəlakətə çevrilib.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, Sumqayıtda boş əraziyə axıdılan çirkab belə bir mənzərənin yaranmasına səbəb olub. Oradan gələn üfunət insanları təngə gətirib. 

Sakinlər iddia edir ki, illər öncə kanalizasiya sularının axıdılması  üçün nasosxana tikilsə də, istifadəyə verilməyib.

"Nəticədə evlərdən çıxan çirkab boş sahəyə axıdılır."

Məsələ ilə bağlı Sumqayıt Su Kanal idarəsənin baş mühəndisi Mahir İmanov bildirib ki, sözügedən ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil. Sakinlərin dedikləri nasosxana isə onların balansında deyil.

Mahir İmanov bildirib ki, sakinlər tərəfindən onlara rəsmi müraciət daxil olmayıb. Əgər müraciət olarsa, gələcəkdə layihə əsasında kanalizasiya şəbəkəsi qurula bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: