Dövlət Uşaq Filarmoniyası “Hədiyyəli qatar” adlı konsert proqramı keçirib - FOTO

22 və 23 dekabr Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş "Hədiyyəli qatar" adlı konsert proqramı baş tutub. Konsertdə bayram əhval-ruhiyyəsi hər çıxışda, hər uşaqda hiss olunurdu. Proqram dillər əzbəri olan "yeni il" mahnıları ilə olduqca zəngin idi. Hər bir musiqi nömrəsi xüsusi diqqətlə seçilmişdir. Rəqslər, ifalar, səhnəciklər bir birinin ardıca olduqca həmahəng görünürdü.

Konsertdə Uşaq Filarmoniyasının "Şəms" uşaq xoru, Vokal sinifi, "Musiqili Uşaq Teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı, Uşaq Folklor Rəqs ansamblı bir birindən maraqlı, rəngarəng çıxışları ilə zalda əyləşən tamaşaçıların marağına səbəb olub.

Proqramın sonu əzəmətli rəqslə tamaşaçıların alqış sədaları altında tamamlandı.