Dövlətimizin sayəsində yenidən biz öz yurdumuza qovuşuruq - Laçın sakini
Uzun illərdən sonra dövlətimizin sayəsində biz yenidən öz yurdumuza, Laçına qovuşuruq.
meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Laçın sakini Vüqar Qəhrəmanoğlu deyib.
Onun sözlərinə görə, 10 yaşında Laçını tərk edib və hazırda 31 ildən sonra öz yurduna geri dönür.
"Biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can-sağlığı arzulayırıq, şəhidlərimizin valideynlərinə Allahdan səbir diləyirik. Biz dövlətimizə, ordumuza güvənərək öz yurdumuza geri qayıdırıq.
Laçın artıq günü-gündən gözəlləşir, çiçəklənir. İlk arzum budur ki, yaxın qohumlarımızın qəbirlərini ziyarət edim", - deyə o bildirib.
Qeyd edək ki, 30 oktyabrda 20 ailənin (70 nəfər) Laçına köçürülməsi ilə Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin edilib.
meqale.com