Dubaya uçan təyyarə Bakıya məcburi eniş etdi

"Aeroflot" aviaşirkətinin Moskva (SVO) - Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

meqale.com xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Boeing 737-800 təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.