Dubaydakı göydələndə güclü YANĞIN - FOTO
BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərtəbəli yaşayış evində yanğın baş verib.
meqale.com xəbər verir ki, "The National" bu barədə məlumat yayıb.
"Təcili yardım briqadaları və tibb işçiləri təhlükəsiz şəkildə təxliyə edilmiş sakinlərə tam tibbi və psixoloji dəstək göstərmək üçün hadisə yerindədirlər", - deyə məlumatda bildirilir.
Yanğının söndürülməsi altı saat çəkib, lakin göydələnin üzərində tüstü qalxmağa davam edir.