Dünya Bankı Qəzzaya dəyən ziyanın həcmini açıqladı
Dünya Bankı ötən ilin oktyabrından Qəzza zolağının infrastrukturuna dəymiş ziyanı 14-20 milyard dollar qiymətləndirib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Acay Banqa qeyd edib.
Onun sözlərinə görə, Dünya Bankının BMT və Avropa İttifaqı ilə birgə apardığı cari hesablamalara görə, hazırda Fələstində maddi ziyan 14-20 milyard dollara yaxındır.