Dünya"Çəhrayı avtobus" dövrü başladı: Yalnız qadınlar minə biləcək
Pakistanın paytaxtı İslamabadda "Qorxusuz və maneəsiz" şüarı ilə çəhrayı rəngli ictimai nəqliyyat avtobusları yalnız qadınların istifadəsinə verilir.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Təhsil Nazirliyi Almaniyanın "dpa" xəbər agentliyinə açıqlama verib.
Bildirilir ki, şəhərə yaxın kənd və qəsəbələrdə yaşayan müəllim və tələbələrin təhlükəsiz şəkildə İslamabada gətirilməsi üçün belə bir tətbiq işə salınacaq. Gələn çərşənbə günü başlayacaq gedişlərin pulsuz olacağı açıqlanıb.
Təhsil Nazirliyinin sözçüsü bu yolla çoxlu qızların məktəbə qayıdacağına ümid etdiklərini bildirib.