Dünya çempionu Sloveniya millisinə 50 dönər göndərdi - FOTO

AVRO-2024-də İngiltərə ilə heç-heçə edərək "pley-off"a yüksələn Sloveniya millisi oyundan sonra öz nailiyyətini qeyd edib.

Dünya çempionu Sloveniya millisinə 50 dönər göndərdi - FOTO
AVRO-2024-də İngiltərə ilə heç-heçə edərək "pley-off"a yüksələn Sloveniya millisi oyundan sonra öz nailiyyətini qeyd edib.

meqale.com oxuya istinadən xəbər verir ki, yığmanın futbolçularından Erik Yanja Polşanın "Qurnik" klubundakı komanda yoldaşı, Almaniya millisinin sabiq hücumçusu, 2014-cü ilin dünya çempionu Lukas Podolskiyə zəng edərək yemək üçün 50 dönər sifariş edib.

Podolski öz obyektində sifarişləri hazırlatdıraraq, onları içkilərlə birlikdə Sloveniyanın şənlik təşkil etdiyi məkana göndərib.

Sloveniya Futbol Federasiyası "X" platformasında Podolskiyə təşəkkür edib.