Dünya əhalisini gözləyən təhlükə - Milyardlarla insan əziyyət çəkəcək

Yeni araşdırmaya görə, qlobal piylənmə nisbətləri sürətlə artır və 2050-ci ilə qədər böyüklərin 60 faizi artıq çəkidən əziyyət çəkəcək.

Dünya əhalisini gözləyən təhlükə - Milyardlarla insan əziyyət çəkəcək

Meqale.com xəbər verir ki, "The Lancet" jurnalında dərc olunan araşdırmaya görə, son 30 ildə dünyada piylənmə nisbətləri iki dəfə artıb.

Qlobal Xəstəlik Yükü Araşdırması 1990-2021-ci illər arasında artıq çəki və piylənmə nisbətlərini araşdırıb. Tədqiqatın nəticələrinə görə, 2021-ci ildə dünyada 2,11 milyard yetkin artıq çəkidən və ya piylənmədən əziyyət çəkib. Təkcə böyüklər deyil, uşaqlar və yeniyetmələr də piylənmədən getdikcə daha çox əziyyət çəkirlər. 5-14 yaş qrupunda uşaqların sayı 93,1 milyona, 15-24 yaş qrupunda olanların sayı isə 80,6 milyona yüksəlib. Bu tendensiya davam edərsə, 2050-ci ilə qədər dünya üzrə 746 milyon uşaq, yeniyetmə və gənc piylənmədən əziyyət çəkəcək.

Çində 400 milyondan çox, Hindistanda 180 milyon,ABŞ-də isə 170 milyondan çox insan piylənmədən və artıq çəkidən əziyyət çəkir.

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər dünyada 3,8 milyard yetkin insan bundan təsirlənəcək. Bu o deməkdir ki, gələcəkdə diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərində artım ola bilər.