Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Cəlilabadda 2 avtomobil toqquşub, xəsarət alanlar var
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində qeydə alınıb.

"Chevrolet Niva" markalı avtomobillə "VAZ 2107" markalı avtomobil toqquşub.

"VAZ 2107"də olanlar xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Chevrolet Niva" markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.