Müğənnilərin yeni il qiymətləri - 15 min manat - SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq. 

Müğənnilərin yeni il qiymətləri - 15 min manat - SİYAHI
Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq. 

meqale.com xəbər verir ki, tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5-6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.

Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.

Araşdırma nəticəsində məlum olub ki,  Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:

Aygün Kazımova -15 000 manat Tünzalə Ağayeva - 7 000 manat Zamiq Hüseynov - 5 000 manat Şəbnəm Tovuzlu - 5 000 manat Rəqsanə İsmayılova - 4 000 manat Aysun İsmayılova - 3 500 manat Vəfa Şərifova - 3 500 manat Almaxanım - 2 500 manat Elza Seyidcahan - 2 000 manat Kəmalə Günəşli - 2 000 manat

Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.

Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər.(sfera.az)