Dünyada dolların əsas rəqibi məlum oldu

Qızıl yenidən dünya ticarətində dolların əsas rəqibinə çevrilə bilər.

Dünyada dolların əsas rəqibi məlum oldu
Qızıl yenidən dünya ticarətində dolların əsas rəqibinə çevrilə bilər.

meqale.com xəbər verir ki, bunu "Rosneft"in rəhbəri İqor Seçin Verona Avrasiya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Amerika valyutasının sanksiyalar aləti kimi istifadə edilməsi böyük səhvdir. O qeyd edib ki, ticarət heç vaxt dayanmayacaq.

"Dolları sanksiyalar aləti kimi istifadə etmək böyük səhvdir. Alternativlər həmişə olacaq. Dolların əsas rəqibi bəşəriyyətin min illər boyu ödənişlər üçün istifadə etdiyi qızıl olacaq", - Seçin qeyd edib.